Amerikada iqtisadi göstəricidə kəskin azalma
Amerika hökuməti bildirib ki, bu ölkənin iqtisadi göstəricisi koronavirus pandemiyasına və əmək fəaliyyətlərinin bağlanmasına görə, misli görünməmiş azalma ilə üzləşibdir.
SəhərAzəri xəbər verir, Amerika hökuməti cümə axşamı günü qeyd edib ki, bu ölkə iqtisadiyyatının həcmi qeyd olunan səbəblərə görə, 33 faiz azalıb, Amerikada işsizlik göstəricisi isə 14 faiz artıbdır.
Bu açıqlamaya görə, Amerika iqtisadiyyatındakı bu miqdarda tənəzzül son yetmiş ildə görünməmiş bir göstəricidir.
Amerikada koronavirus epidemiyasının və bu ölkə prezidenti Donald Trampın həmin böhran qarşısındakı zəif fəaliyyəti nəticəsində ona qarşı tənqidlər dalğası artıbdır.
Amerika rəsmilərinin koronavirus epidemiyası qarşısında gec atdıqları addımlar, bu ölkədə dörd milyon 570 min 125 nəfərin həmin virusa yoluxmasına bais olubdur.
COVID-19 pandemiyası həmçinin Amerika iqtisadiyyatına, xüsusən istehsal və xidmət sektorlarına böyük zərərlər vurub və milyonlarla nəfərin işsiz qalması ilə nəticələnibdir.