Demokratlar Tramp-Bayden debatını ləğv etməyə çalışırlar
https://azeri.sahartv.ir/news/dünya-i365466-demokratlar_tramp_bayden_debatını_ləğv_etməyə_çalışırlar
Demokrat partiyasının bir qrup üzvü və tərəfdarı bu partiyanın prezident seçkilərindəki namizədi Co Bayden ilə Donald Tramp arasındakı tele-debatın ləğvinə çalışırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2020 15:59 Asia/Baku
  • Demokratlar Tramp-Bayden debatını  ləğv etməyə çalışırlar

Demokrat partiyasının bir qrup üzvü və tərəfdarı bu partiyanın prezident seçkilərindəki namizədi Co Bayden ilə Donald Tramp arasındakı tele-debatın ləğvinə çalışırlar.

Səhər Azəri-nin məlumatına görə, Demokrat Partiyasının bəzi analitikləri və Co Baydenin tərəfdarları ondan prezident Donald Tramp ilə debatı ləğv etməsini istəyiblər. 

"Newsweek" nəşri yazır: Debatın ləğv edilməsini istəyənlərin qənaətinə görə bu debat Trampa insanları aldatmaq üçün fürsət vermiş olacaq.

Ağ Evin sabiq sözçüsü Co Lakhart Demokrat Partiyasının strateqlərindən biri olaraq tam aşkar formada Co Baydendən Tramp ilə debatdan çəkinməsini istəyib: "Nə edirsən et, Tramp ilə debata girmə"

Lakhart CNN kanalına verdiyi müsahibədə bu çağırışın səbəbinə aydınlıq gətirib və deyib: Bu debat Trampa öz yalanlarını təkrar etmək fürsəti verəcək.

Bunun müqabilində Trampın seçki qərargahı "Seçki Debatları Komissiyasından" debatların sayının artırılmasını istəyib.