Avq 05, 2020 08:43 Asia/Baku
  • BAT ABŞ-da etirazçılara qarşı artan zorakılıqdan narahatdır

Beynəlxalq Amnistiya Təşkilatı bir hesabatda, ABŞ-da irqçiliyə etiraz edənlərə qarşı zorakılıq hallarının sayının çox olmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Röyters-in məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı ABŞ ştatlarında may və iyun aylarında keçirilən " Qaraların həyatı önəmlidir" aksiyalarında etirazçılara, tibb işçiləri və müxbirlərə qarşı zorakılıq və sui-istifadə halları ilə bağlı 125 məlumatın daxil olmasını bildirib.

ABŞ-ın müxtəlif şəhərləri ötən may ayından etibarən, bu ölkə polisinin irqçi davranışına qarşı kütləvi etirazların şahididir.

Mayın 25-də Minnesota ştatının Minneapolis şəhərində ağdərili bir polis zabiti afroamerikan Corc Floydu qəddarcasına qətlə yetirib.

Bu cinayət amerikalıların hiddətinə səbəb olub. Lakin ABŞ-n təhlükəsizlik və polis qüvvələri Trampın göstərişi ilə etirazçıları repressiya edirlər.

Son həftələrdə ABŞ-da keçirilən etiraz aksiyalarında minlərlə nəfər yaralanıb və ya həbs edilib.

Teqlər