Avq 05, 2020 16:52 Asia/Baku
  • Pandemiyanın ikinci dalğasını bu şəxslər yayır - ÜST xəbərdarlıq edir

Karantin qaydalarının yumşaldılmasından sonra ictimai məkanlara axın edən gənclər dünya miqyasında koronavirusa yoluxmanın artmasında böyük pay sahibinə çevriliblər.

SəhərAzəri Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.

Bildirilir ki, 14-25 yaş kateqoriyasına daxil gənclərdə infeksiya faizi son 5 ayda 3 qat artıb.

Bir çox ölkədə pandemiyanın ikinci dalğasının yayılması təşvişi yaranıb.

ÜST-ün 24 fevral- 12 iyul tarixləri arasında 6 milyon COVID-19 xəstəsi üzərində apardığı araşdırma nəticəsində gənc nəsildə yoluxmanın 4,5 faizdən 15-ə çıxdığı müəyyən edilib.

Pandemiyanın episentri mövqeyində olan ABŞ-la yanaşı İspaniya, Almaniya və Fransa kimi virusun ən çox yayıldığı ölkələrlə, Yaponiya kimi yoluxmanın yenidən artdığı Asiya ölkələrindəki xəstələrin əksər hissəsinin gənclər olduğu bildirilib.

ABŞ-ın Merilənd ştatındakı Con Hopkins Xəstəxanasının icraçılarından biri olan Neysa Ernst gənclərin qoruyucu maska və sosial məsafə mövzularında daha tədbirsiz davrandıqlarını qeyd edib.

Qeyd edək ki, ÜST-ün Baş katibi Tedros Adhanom Qebreyesus da əvvəlki açıqlamalarında gənclərin koronavirusun yayılmasında böyük təsiri olduğuna diqqət çəkmişdi.

Teqlər