Avq 05, 2020 17:24 Asia/Baku
  • ABŞ bu ölkənin şərqində qitələrarası ballistik raketini sınaqdan keçirib

ABŞ-ın Hava Qüvvələri bir bəyanat yayaraq, nüvə başlığı daşıma qabiliyyətinə malik "Minuteman III" adlı bir qitələrarası ballistik raketini bu ölkənin şərqində sınaqdan keçirdiyini açıqlayıb

SəhərAzəri xəbər verir, bu raket yerli vaxtla saat 12:21-də Kaliforniyadakı Vandenberq Hava Qüvvələri bazasından buraxılıb və Sakit Okean üzərindən 6 min 700 kilometr məsafəni qət etdikdən sonra Marşall adaları yaxınlığında yerə enib.

ABŞ-ın Çin və Rusiya ilə münasibətlərinin gərginləşməsi fonunda rəsmi Vaşinqton öz hərbi potensialını gücləndirir. Çinli ekspertlər Pekin-Vaşinqton arasında gərginliklərin pik həddə çatdığını vurğulayaraq, hərbi qarşıdurmanın baş verməsini də istisna etməyiblər.

ABŞ-ın raket sınağı "Orta Mənzilli Nüvə Raketlərinin Lğəvinə dair Sazış"in bir növ pozulması deməkdir, hansı ki, ABŞ ondan çıxıbdır.

Teqlər