Beyrut partlayışı ilə bağlı ABŞ rəsmilərinin ziddiyyətli açıqlamaları
Bundan əvvəl Tramp Beyrutda baş verən hadisənin hücum olduğunu iddia etdiyi bir halda, ABŞ-ın müdafiə naziri bunu rədd edərək, bu haqda heç bir faktın olmadığını söyləyib.
SəhərAzəri İRİB-ə istinadla xəbər veir, ABŞ-ın müdafiə naziri Mark Esper dünən deyib: "Beyrut limanına hücuma dair heç bir fakt və sübut yoxdur və çox ehtiml ki, pirotexniki maddələrin saxlanılmasında sələnkarlığa yol verilməsi partlayışa səbəb olub.
Həmçinin avqustun 4-də ABŞ-ın Müdafiə Nazirliyində məlumatlı bir mənbə CNN kanalına deyib: "ABŞ ordusunun ixtiyarında Beyrut hadisəsinin hücum olmasına dair heç bir sübut və sənəd yoxdur.
Qeyd edək ki, avqustqn 4-də axşam saatlarında Beyrut şəhərində yerləşən pirotexnika anbarında başlayan yanğın yaxındakı ammonium nitrat anbarında dəhşətli bir partlayışa səbəb oldu. Livanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, indiyədək bu hadisə nəticəsində ən azı 150 nəfər həlak olub və 4000 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.