Pekin Cnubi Çin dənizində Hərbi iştirakla bağlı ABŞ-a xəbərdarlıq edib
Çinin xarici işlər naziri bir daha ABŞ qoşunlarının Cənubi Çin dənizində hərbi mövcudluğunu qınayıb.
SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Vanq Yi avqustun 5-də keçirdiyi mətbuat konfransında ABŞ qoşunlarının Cənubi Çin dənizində hərbi mövcudluğuna münasibət bildirib. O, deyib6 "Region ölkələri ayıq-sayıq olmaqla Vaşinqtona sülh və inkişafın nailiyyətlərini məhv etməyə icazə verməməlidirlər".
Çinin xarici işlər naziri ABŞ-ın Honkonq məsələlərinə müdaxiləsinə də toxunub.
"Bu bölgənin məsələsi Çinin daxili işidir və heç bir ölkə digər ölkənin suverenliyi və ərazi bütövlüyünü pozmamalıdır",-deyə o, qeyd edib.
Vanq Yi, həmçinin xatırladıb ki, Çin qəttiyən yeni bir soyuq müharibənin əleyhinədir.
Çinin xarici işlər naziri sözlərinin davamında deyib: "ABŞ-ın bəzi siyasi cərəyanları iki ölkə toqquşsun deyə, Çinə qarşı qara piar və yalan kampaniyası aparırlar, Lakin Çin belə bir fitnəyə heç vaxt imkan verməyəcək".
Çin və ABŞ münasibətləri kəskin gərginləşib.