Avq 07, 2020 05:45 Asia/Baku
  • Pentaqon ABŞ-ın Əfqanıstandakı qoşunlarının azaldılması planını təsdiqləməyib

ABŞ Müdafiə Nazirliyi Əfqanıstandakı sülh danışıqlarının başa çatacağına və Ağ Evin təlimatları üzrə bu ölkəyə yerləşdirilən NATO qoşunlarının çıxarılmasına imkan verəcək şərtlərin yerinə yetiriləcəyinə ümid edir.

SəhərAzəri TASS-a istinadla xəbər verir, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman keçirdiyi brifinqində bildirib.

C.Hoffman, həmçinin prezident Donald Trampın noyabrın 3-də keçiriləcək seçkilərlə bağlı bir neçə min ABŞ əsgərinin Əfqanıstandan çıxarılması ilə bağlı dediklərini təsdiqləməyib: “Mən bundan əvvəl verilmiş fərman və sərəncamları müzakirə etmək niyyətində deyiləm”.

Hoffman qoşunların ixtisarının “vaxtı çatanda” elan ediləcəyini vurğulayıb. Pentaqon Əfqanıstandakı mövcud vəziyyətin burada sülhdən doğan dialoqa səbəb ola biləcəyinə ümidlidir və bu da öz növbəsində qoşunların çıxarılmasına şərait yaradacaq”.

Teqlər