Avq 09, 2020 10:14 Asia/Baku
  • Sionist rejimin koalisiya hökuməti süqutun astanasında

Sionist rejimin nazirlər kabinetinin bu günə təyin edilən iclası nazirlər arasındakı ixtilaflara görə ləğv edilib.

Sahar Azari bildirir ki, İsrail rejiminin Nazirlər Kabineti hər həftənin bazar günü keçirilən iclasını koalisiya hökumətini təşkil edən Likud Partiyası ilə Mavi-Ağ Partiyası arasındakı fikir ayrılıqlarına görə ləğv etməyə məcbur olub.

İSNA-nın verdiyi məlumata görə, bu ilk dəfədir ki, İsrialin Nazirlər Kabineti daxili ixtilaflara görə öz həftəlik iclasını ləğv edir. 

İclas, koalisiya hökumətini təşkil edən tərəflərin nazirləri arasında Nazirlər Kabinetinin iclasının iş gündəliyi barəsində razılığın əldə edilməməsinin ardınca ləğv edilib. 

Baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi Likud partiyası bu xüsusda bir bəyanat yayıb, Nazirlər Kabinetinin bu günə təyin edilmiş iclasının Mavi-Ağ Partiyanın iclasın iş gündəliyi ilə müxalifət etməsi nəticəsində ləğv olunduğunu bildirib. 

Bunun müqabilində Mavi-Ağ Partiya da iclasın ləğv edilməsinin səbəbini Likud Partiyasının koalisiya hökumətinin təşkili zamanı əldə olunmuş anlaşmanı pozması elan edib. 

Son zamanlar işğal edilmiş Fələstində büdcə lahiyəsi ilə bağlı Likud Partiyası ilə Mavi-Ağ Partiya arasında ixtilaflar dərinləşib. 

Teqlər