Avq 12, 2020 11:09 Asia/Baku
  • Avropa Birliyinin fövqəladə iclasında Livan və Belarusdakı vəziyyət müzakirə olunacaq

Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi bu birliyin qarşıdakı fövqəladə iclasında Livan, Belarusiya və Şəqi Aralıq dənizinin vəziyyətinin araşdırılacağından xəbər verib.

SəhərAzəri xəbər verir, Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel öz Tvitter səhifəsində yazıb: "Gələn cümə günü keçiriləcək iclasda Beyrut partlayışının ardınca Livanda baş verən hadisələr, Belarusun vəziyyəti və Türkiyə ilə Yunanıstan arasında münasibətlərin gərginləşməsi fonunda Şərqi Aralıq dənizinin vəziyyəti araşdırılacaq".

Avqustun 4-də Beyrut limanında yerləşən pirotexnika anbarında geniş yanğının baş verməsi fonunda içərisində iki min 700 ton ammonium nitrat olan yaxındakı anbarda dəhşətli bir partlayış baş verib.

Livanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, indiyə kimi bu partlayış nəticəsində 171 nəfər həyatını itirib, təxminən altı min nəfər isə yaralanıb.

Belarusun prezident seçkiləri avqustun 8-də keçirildi və Bu ölkənin Mərkəzi Seçki Komissiyası, hazırkı prezident Aleksandr Lukaşenkonu seçkilərin qalibi elan etdi.

Səsvermə müddəti sona çatandan sonra minlərlə Lukaşenkonun əleyhdarları Belarusiyanın müxtəlif şəhərlərində küçələrə çıxaraq xüsusi təyinatlı polis qüvvələri  ilə toqquşublar.

Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizindəki fəaliyyətlər və miqrant böhranı ilə əlaqədar yaranan gərginliklər Borrelin təcili və fövqəladə çağırdığı Avropa Birliyinin Xarici Əlaqələr Şurasının iclasında  müzakirə olunacaq digər mövzudur.

 

Teqlər