Avq 13, 2020 09:36 Asia/Baku
  • ÜST: Rusiya istehsalı olan peyvəndin kliniki sınaqlarının nəticələrini gözləyirik

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, səbirsizliklə Rusiya istehsalı olan koronavirus peyvəndinin kliniki sınaqlarının nəticələrini gözləyir.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatı bir açıqlamada bildirib ki, bu təşkilat Rusiya alimləri və rəsmiləri ilə təmasdadır və kliniki sınaqların araşdırılmasının nəticələrini gözləyir.

Açıqlamada həmçinin deyilir: Vaksinə nail olmaq üzrə araşdrımaların sürətinin artırılması, hər etap üçün qəbul edilmiş proseslər əsasında olmalıdır ki, istehsal edilmiş vaksinin təhlükəsiz və eyni zamanda təsirli olması yəqin edilmiş olsun.

Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə axşamı günü bu xəbərin Putin tərəfindən elan olunmasına ehtiyatla yanaşaraq, vurğulamışdı ki, bir peyvəndin istehsalı və qeydə alınması sərt prosesləri keçməlidir.

Rusiya bugünədək bu vaksinin təsirli olduğunu göstərmək üçün onun sınaqları ilə bağlı araşdırmaların təfərrüatlarını yaymayıbdır.

Rusiya prezidenti Vladimir Putin iki gün bundan qabaq bu peyvəndin Rusiyada təqdim olunmasından xəbər vermişdi.

Teqlər