Belarus aksiyaları - 4 min nəfər saxlanıldı
https://azeri.sahartv.ir/news/dünya-i365928-belarus_aksiyaları_4_min_nəfər_saxlanıldı
Belarusda prezident seçkilərindən sonra baş qaldıran etiraz aksiyalarının üçüncü günündə mindən çox insan saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2020 20:34 Asia/Baku
  • Belarus aksiyaları - 4 min nəfər saxlanıldı

Belarusda prezident seçkilərindən sonra baş qaldıran etiraz aksiyalarının üçüncü günündə mindən çox insan saxlanılıb.

SəhərAzəri Publik-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Nazirliyin mətbuat katibi Olqa Çemodanova qeyri-rəsmi məlumatlara əsasən, etirazçıların ötən gecə 25 yaşayış bölgəsində aksiya keçirdiyini ifadə edib.

Qeyd olunub ki, etirazçılar ictimai nəqliyyatın hərəkətinə mane olub və hüquq-mühafizə orqanlarına müqavimət göstərib.

Səhiyyə nazirliyi gecə 51 etirazçının, 14 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığını açıqlayıb.

Qeyd edək ki, aksiyaların ilk günündə 3 minə qədər insan saxlanılmışdı.