Newsweek: Ər-Riyad ilə Təl-Əviv anlaşması təhlükəli olacaq
https://azeri.sahartv.ir/news/dünya-i366016-newsweek_Ər_riyad_ilə_təl_Əviv_anlaşması_təhlükəli_olacaq
Hazırda Ali-Səud ilə Təl-Əviv arasında anlaşmanın əldə olunması çox təhlükəlidir. Amma, Ərəbistan vəliəhdi kral olarsa, bu təhlükə gerçəkləşə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2020 16:59 Asia/Baku
  • Newsweek: Ər-Riyad ilə Təl-Əviv anlaşması təhlükəli olacaq

Hazırda Ali-Səud ilə Təl-Əviv arasında anlaşmanın əldə olunması çox təhlükəlidir. Amma, Ərəbistan vəliəhdi kral olarsa, bu təhlükə gerçəkləşə bilər.

Səhər Azəri bildirir ki, bu barədə "Newsweek" nəşrinin yazarı Deyvid Bernan öz məqaləsində yazıb.

Deyvid Bernan həmçinin yazır: Birləşmiş Ərəb Əmirliklərinin İsrail ilə əlaqələrini normallaşdırması Ərəb dövlətləri ilə İsrail münasibətlərində yeni dövrün başlanğıcı sayılır. Belə ki, yeni mərhələdə iqtisadi maraqlar Fələstin məsələsini bir kənara itələyəcək və İran ilə qarşıdurmaya doğru hərəkət ediləcək. 

Bernan Əmirliklərin ardınca Bəhreyn və Oman kimi ərəb ölkələrinin də İsrail ilə əlaqələrini normallaşdıracağını  yazır. 

Onun dediyinə görə İsrail və ABŞ üçün ən böyük qənimət isə Səudiyyə Ərəbistanı olacaq. Belə ki, Ərəbistanın İsrail ilə anlaşması müsəlmanların müqəddəs məkanlarının sionistlərin nəzarəti altına keçməsinə imkan yaratmış olacaq. Digər tərəfdən İsrailin Qüdsə olan mülkiyyət iddiasının tanınması Ərəbistanın müsəlmanların haqlarını müdafiə üzrə iddiasını kölgə altına salacaq.