Məhəmməd bin Salmanın krallıq arzusu \ İsrail ilə sülhün şərti
Məhəmməd bin Salmanın krallıq arzusu \ İsrail ilə sülhün şərti
Səudiyyə vəliəhdi amerikalılara İsrail ilə sülhə razı olduğunu deyib. Bir şərti var: müxalifləri onu kral olaraq qəbul etsinlər.
Səhər Azəri bildirir ki, bu barədə "Müctəhid" ləqəbi ilə tanınan ərəbistanlı bloqqer məlumat verib.
Ali-Səud ailəsinin sirlərini ifşa etməklə məşğul olan "Müctəhid" bu dəfə Tvitter-də yazıb: Səudiyyə Ərəbistanı da İsrail ilə əlaqələrin normallaşdırılmasında Birləşmiş Ərəb Əmirlikləri kimi addım atmaq niyyətindədir. Amma, bunun üçün bir şərti var.
"Müctəhid" bu gün Tvitter-də yazıb: Ərəbistan vəliəhdi Məhəmməd bin Salman və Amerikalılar hazırda İsrailin Ər-Riyad tərəfindən rəsmən tanınmasına dair sıx müzakirələr aparırlar. Müzakirələrdəki ən önəmli detal isə müxaliflərin Məhəmməd bin Salmana kral olaraq beyət etmələri məsələsidir.
"Müctəhid"in dediyinə görə bu məsələdə Bin Salman ilə Tramp hökuməti arasında fikir ayrılığı mövcuddur. Belə ki, amerikalılar ilk öncə İsrail ilə sülhün bərqərar edilməsini, daha sonra isə krallıq məsələsini təklif edirlər. Bin Salman isə öncə müxaliflərinin ona beyət etməsini, daha sonra İsrail ilə sülhün bərqərarına təkid edir.