ABŞ ordusu Suriyanı vurdu, bir hərbçi həlak oldu
https://azeri.sahartv.ir/news/dünya-i366087-abŞ_ordusu_suriyanı_vurdu_bir_hərbçi_həlak_oldu
ABŞ Hərbi Hava Qüvvələri Suriya ordusunun mövqelərinə zərbələr endirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2020 10:20 Asia/Baku
  • ABŞ ordusu Suriyanı vurdu, bir hərbçi həlak oldu

ABŞ Hərbi Hava Qüvvələri Suriya ordusunun mövqelərinə zərbələr endirib.

Səhər Azəri bildirir ki, bu barədə Suriya dövlət telekanalı məlumat yayıb.

Məlumatda ABŞ Hərbi Hava Qüvvələrinin Suriya ordusunun Qamışlı şəhərinin cənubundakı mövqelərinə hava zərbələri endirildiyi bildirilib.

Hücum nəticəsində bir hərbçinin həlak olduğu, daha iki nəfərin də yaralandığı bildirilir. Həlak olan hərbçinin ordu zabiti olduğu qeyd olunub.