Avq 18, 2020 19:08 Asia/Baku
  • İstiqlal Günündə Kabilə 14 raket atıldı

Əfqanıstanın müstəqilliyinin 110-cu ildönümünün qeyd olunduğu bir halda, Kabil şəhəri neçə raketin hədəfinə çevrildi. Əfqanıstan Daxili İşlər Nazirliyi, mərmilərin Kabilin 8 və 17-ci bölgələrində iki nəqliyyat vasitəsindən atıldığını bildirib.

SəhərAzəri xəbər verir, Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian əlavə edib ki, bu səhər (çərşənbə axşamı) saat 9:35 radələrində Kabilin birinci, ikinci, onuncu, on altıncı və doqquzuncu rayonları  iki nəqliyyat vasitəsindən əksəriyyəti yaşayış evlərinə dəyən 14 raket ilə atəşə tutulub. Onun sözlərinə görə, hadisə nəticəsində dörd uşaq və bir qadın da daxıl 10 nəfər yaralanıb.
Prezident Sarayı, Müdafiə Nazirliyi, Mərkəzi Bank, ABŞ səfirliyi, NATO qüvvələrinin Əfqanıstandakı qərargahı, çox sayda nazirlik və nazir Məhəmməd Əkbər Xanın diplomatik zonası bu hədəfə alınan yerlərdəndir.
Arianın sözlərinə görə, 17-ci məhəllədən olan iki şübhəli də hadisə ilə əlaqədə həbs olunub.
Raketlər Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəninin Müdafiə Nazirliyi həyətində İstiqlal Qülləsinin ətəyinə çələng qoyduğu zaman Kabilə atılıb.
Mərasim Əfqanıstan Milli Televiziyası tərəfindən canlı yayımlanıb, lakin partlayış səsləndikdən bir neçə dəqiqə sonra canlı yayım kəsilib, və mərasimin orada sona çatıb-çatmadığı və ya təhlükəsizlik təhdidi üzündən proqramın dayandırıldığı məlum olmayıb.
Prezident Sarayının açıqlamasında, həmin mərasimdə Əfqanıstan rəsmiləri, səfirlər və Kabildə yaşayan dost ölkələrin nümayəndələrinin iştirak etdiyi bildirirlir.
BBC-nin məlumatına görə, bu gün səhər Kabildə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib və Prezident sarayına və "Vəzir Əkbər Xan" diplomatik ərazisinə gedən bütün yollar nəqliyyat vasitələrinin üzünə bağlanmışdır.

Teqlər