ABŞ Suriyanın hökumət üzvlərinə sanksiya tətbiq edib
https://azeri.sahartv.ir/news/dünya-i366233-abŞ_suriyanın_hökumət_üzvlərinə_sanksiya_tətbiq_edib
ABŞ hökuməti Suriyanın mövcud hakimiyyətinə təzyiq kampaniyası çərçivəsində ölkənin 6 vətəndaşlına qarşı sanksiya tətbiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2020 15:17 Asia/Baku
  • ABŞ Suriyanın hökumət üzvlərinə sanksiya tətbiq edib

ABŞ hökuməti Suriyanın mövcud hakimiyyətinə təzyiq kampaniyası çərçivəsində ölkənin 6 vətəndaşlına qarşı sanksiya tətbiq edib.

SəhərAzəri xarici mediyalara istinadla xəbər verir, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. 

Məhdudlaşdırıcı tədbirlər görüldüyü şəxslər arasında Suriya prezidenti Bəşər Əsədin müşaviri və mətbuat katibi Luna Şibl və onun həyat yoldaşı, iqtidardakı Bəəs Partiyasının Mərkəzi Komitəsinin nüfuzlu üzvlərindən Məhəmməd Əmmar Saati bin Məhəmməd Nəvzad da var.

Digərlərinin də Suriya münaqişəsinin siyasi həllinə qarşı əngəl törətdikləri bildirilir.