Avq 20, 2020 16:50 Asia/Baku
  • Putin Avropa İttifaqı Şurasının rəhbəri ilə danışıb

Rusiya prezidenti Vladimir Putin və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında telefon danışığı olub.

SəhərAzəri RİA Novosti-yə istinadla xəbər verir, bu barədə məlumatı Ş.Mişelin mətbuat xidməti yayıb.

Şura rəhbəri “Twitter”də danışıq faktını təsdiqləyib:

“Ötən gün Aİ-nin 27 ölkə başçısı Belarus xalqı ilə həmrəy olduğunu bildiriblər. Bu gün mən bunu prezident Putinə də təkrar etdim. İrəli yalnız bir yol var: inklüziv siyasi dialoq və dinc demokratik proses”.

Teqlər