ABŞ polisi zorakılıqda sərhəd tanımır
ABŞ polisi zorakılıqda sərhəd tanımır
Luiziyana polisi bir qaradərilinin polis tərəfindən qətlə yetirilməsini təsdiq edərək, hadisə ilə bağlı araşdırmaların aparıldığını bildirib.
Səhər Azəri bildirir ki, ABŞ-ın Luiziyana Ştatının Lafayt şəhər polis idarəsi cümə günü axşam polis tərəfindən bir qaradərilinin qətlə yetirilməsi hadisəsini araşdırmaqla məşğul olduğunu elan edib.
Sosial şəbəkələrdə geniş izlənilən video-görüntüyə əsasən əlində bıçaq olduğu güman edilən qaradərili polis tərəfindən güllələnərək, qətlə yetirilir. Videoda polisin ən azı 10-15 dəfə atəş açdığı müşahidə edilir.
Luiziyana polisi qətlə yetirilmiş şəxsin daxil olduğu mağazada xuliqanlıq törətdiyini bildirib.
ABŞ polisinin qaradərililərə qarşı amansız davranışı və həddindən artıq zorakılıq nümayiş etdirməsinə etiraz olaraq artıq bir neçə aydır ki, Portlənd şəhərində etiraz aksiyaları keçirilir.