Borrel Liviyada atəşkəsi alqışlayıb
Borrel Liviyada atəşkəsi alqışlayıb
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Liviyada atəşkəsi bu ölkədə sülh üçün yeni bir ümid adlandırıb.
Səhər Azəri bildirir ki, Liviyanın Milli Birlik hökuməti və Şərqi Liviya parlamentinin avqustun 21-də atəşkəs barədə razılaşmalarından sonra Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel bir bəyanatda birliyin 27 üzvü tərəfindən bildirib ki, atəşkəsin elan olunması ilkin konstruktiv bir irəliləyişdir; bu da Liviya başçılarının hazırkı çıxılmazlığa qalib gəlmək əzmindən söz açır.
Avropa Liviyadakı əmin-amansızlıqdan qorxur və nigarandır ki, bu qitənin yaxınlığında yerləşməsinə görə, Liviyada səbatsızlıq Avropanın təhlükəsizliyinə də təsir göstərmiş olsun.
Bundan öncə də çaxnaşma yaşayan Liviyada bir neçə dəfə atəşkəs elan olunmuşdu, lakin Xəlifə Həftərin əmri altda olan «milli ordu» adlandırılan qüvvələr onu pozmuşdular.