Tramp Kaliforniyada "Böyük Fəlakət" vəziyyəti elan etdi
Tramp Kaliforniyada "Böyük Fəlakət" vəziyyəti elan etdi
Kaliforniya Ştatında başlayan meşə yanğınları bir həftə sonra "böyük fəlakət"ə çevrilib.
Səhər Azəri bildirir ki, ABŞ prezidenti Donald Tramp Kaliforniya Ştatını bürüyən müşə yanğınlarını "böyük fəlakət" adlandırıb.
Donald Tramp meşə yanğınlarının söndürülməsindəki bacarıqsızlığına görə ştatın qubernatoru Qevin Nyusomu kəskin tənqid etməsinin ardınca, nəhayət federal hökumətin yardımlarını sürətləndirmək məqsədilə həmin ştatda fəlakət vəziyyəti elan edibdir.
Avqustun 14-dən bəri Kaliforniya ştatının mərkəzi və şimalında yanğın irəliləməkdə davam edir. Bu yanğın həmin ştatın tarixində ən iri yanğınlardan birinə çevrilibdir.
Kaliforniya rəsmilər bildiriblər ki, yanğın indiyədək ştat ərazisinin 404 min hektarından çoxunu bürüyübdür.
Bundan öncə Kaliforniya Ştatının qubernatoru əhalidən yanğından amanda qalmaq üçün Kaliforniyanı tərk etmələrini istəmişdi.
Məlumatlara görə, Kaliforniyadakı yanğınlar altı nəfərin ölümündən əlavə, 43 yanğınsöndürənin və adi vətəndaşın yaralanması ilə nəticələnibdir.