İraqda ABŞ hərbçilərinin karvanı yolunda partlayış baş verib
https://azeri.sahartv.ir/news/dünya-i366390-İraqda_abŞ_hərbçilərinin_karvanı_yolunda_partlayış_baş_verib
İraqda ABŞ hərbçilərinin karvanı yolunda partlayışın baş verməsinə dair məlumat yayılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2020 08:36 Asia/Baku
  • İraqda ABŞ hərbçilərinin karvanı yolunda partlayış baş verib

İraqda ABŞ hərbçilərinin karvanı yolunda partlayışın baş verməsinə dair məlumat yayılıb.


Səhər Azəri bildirir ki, bu barədə İraq hökumətinin təhlükəsizlik informasiyası mərkəzi məlumat verib.

Məlumatda deyilir: Bazar günü gecə terrorçu ABŞ hərbçilərinin karvanındakı avtomobillərdən birinin altında əldəqayırma bomba partlayıb. Hadisə Bağdadın şimalındakı Əltaci polis mərkəzinin yaxınlığında baş verib.

İraq mediaları bazar günü səhər də Bağdadın şimalında, terrorçu ABŞ hərbçilərinin karvanı yolunda bir neçə bombanın partlamasından xəbər vermişdilər.

Amerikanın Bağdaddakı səfirliyi və terrorçu amerikan hərbçilərin İraqdakı bazaları son aylar bir neçə dəfə raket hücumları hədəflərinə çevriliblər.

Bir çox İraq vətəndaşı və iraqlı qrup terrorçu Amerika qüvvələrinin İraqdan çıxmalarını istəyir. İraq parlamenti də bu qüvvələrin İraqdan çıxarılmaları barədə layihə qəbul edibdir.