Avq 25, 2020 14:06 Asia/Baku
  • ABŞ-ın Viskonsin ştatında polis zorakılığına qarşı kütləvi aksiyalar davam edir

ABŞ-ın Viskonsin ştatının kenoşa şəhərində polisin qaradərililərə münasibətdə kobud rəftarına qarşı kütləvi aksiyalar davam edir.

SəhərAzəri xəbər verir, Viskonsin ştatının Kenoşa şəhərinin sakinləri qaradərililərə qarşı polis zorakılığı əleyhinə geniş miqyaslı aksiya keçiriblər.

Bir müddət əvvəl Tvitterdə qaradərili bir kişinin polisin yeddi dəfə atəş açması nəticəsində öldüyünü əks etdirən bir video yayımlanıb. 

Bu videonun yayılması fonunda Kenoşa şəhəri polis ilə etirazçılar arasında kəskin toqquşmaların səhnəsinə çevrilib.

Etirazçılar Kenoşa şəhərində bir məhkəmə binasına hücum ediblər və kustar üsulla hazırlanan bombalarla polis ilə toqquşublar.

Son bir neçə ayda irqi bərabərsizlik bütün Amerikada kütləvi etirazlara səbəb olub.

ABŞ polisi qaradərililərə münasibətdə kəskin şəkildə ayrı-seçkilik edir və kobud davranır. Mayın 25-də Minneapolis şəhərində afroamerikan Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsindən sonra ABŞ-da irqçiliyə qarşı geniş etirazlar başlayıb və hələ də davam edir.

Teqlər