Avq 26, 2020 15:17 Asia/Baku
  • Əfqanıstanda sel daşqınları azı 68 nəfərin ölümünə səbəb olub

Əfqanıstanda sel daşqınları azı 68 nəfərin ölümü və 90 nəfərin yaralanması ilə nəticələnib. İtkin düşənlər var.

SəhərAzəri SalamNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Pırvan əyalətinin yerli mənbələri məlumat veriblər.

Bildirilib ki, əyalətin inzibati mərkəzi Çarikarda sel daşqınları azı 68 nəfərin ölümünə səbəb olub.

Əyalətin inzibati mərkəzində onlarla ev sel daşqınları nəticəsində dağılıb.

Əyalətin Qubernatorluğunun sözçüsü Vəhidə Şahkar bölgəni böhran və fəlakət rayonu adlandırıb.

Qeyd edək ki, son həftədə sel Əfqanıstanın 9 əyalətində ciddi xəsarətlərlə nəticlənib. Digər əyalətlərdə 35 nəfər həyatını itirib.

Teqlər