Avq 27, 2020 12:34 Asia/Baku
  • Tramp iğtişaşların yatırılması üçün milli qvardiyaçıları Viskonsinə göndərəcək

ABŞ hökuməti Viskonsin ştatının Kenoşa şəhərində baş verən etiraz aksiyaları ilə mübarizədə yerli hüquq-mühafizə orqanlarına kömək məqsədilə federal təhlükəsizlik qüvvələri və milli qvardiyaçıları göndərəcək.

SəhərAzəri TASS-a istinadla xəbər verir, ABŞ prezidenti Donald Tramp deyib.

“Biz Amerika küçələrində qarət, yanğın törətmə, zorakılıq və qanunsuzluğa yol verməyəcəyik. Mənim komandam federal dəstəyi qəbul etməyə razı olan Viskonsin ştatının qubernatoru Toni Everslə elə indicə telefon danışığını bitirdi... Qayda-qanunun təmin edilməsi üçün bu gün federal hüquq-mühafizə orqanlarını və milli qvardiyaçıları Viskonsin ştatının Kenoşa şəhərinə göndərəcəm”, deyə Tramp özünün “Twitter” səhifəsində yazıb.

 

Teqlər