Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı artıbdır
https://azeri.sahartv.ir/news/dünya-i366532-Əfqanıstanda_daşqın_nəticəsində_ölənlərin_sayı_artıbdır
Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 151 nəfərə çatıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2020 15:00 Asia/Baku
  • Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı artıbdır

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 151 nəfərə çatıbdır.

SəhərAzəri xəbər verir, Əfqanıstanın Fəlakətlərin İdarə Edilməsi Nazirliyi son iki gündə bu ölkənin bir neçə əyalətində, o cümlədən Pərvan, Kabil, Pəktiya, Pəncşir və xost əyalətlərində daşqınlar və sel nəticəsində 151 nəfərin öldüyünü və 200-dən çox insanın xəsarət aldığını bildirib. 

Bu məlumata əsasən, min 500 yaşayış binası və kənd təsərrüfatına xeyli ziyan dəyib.

Əfqanıstanın Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin mətbuat katibi Əhməd Təmim Əzimi deyib: "Seldən zərər çəkmiş insanlara yardım və xilas etmə əməliyyatları davam edir və fəlakət qurbanlarının artacağı ehtimal olunur".