Avq 28, 2020 09:01 Asia/Baku
  • 29 milyon amerikalının yetərincə yeməyə bir şeyi yoxdur

ABŞ-ın Vermont ştatından olan senator, tvitter-də koronavirus pandemiyasından sonra Amerika xalqının şəraitinin ağırlaşdığını vurğulayıb.

SəhərAzəri xəbər verir, Berni Senders bildirib ki, son aylar ərzində milyonlarla amerikalı fəhlə öz işi və gəlirini itiribdir. Senders qeyd edibdir ki, hal-hazırda 29 milyon amerikalının yetərincə yeməyə bir şeyi yoxdur.

ABŞ-ın Vermont ştatından olan senator həmçinin qeyd edibdir ki, qırx milyon amerikalı hazırda evini itirmək təhlükəsi qarşısındadır.

Amerika iqtisadiyyatı koronavirus pandemiyası dövründə kəskin böhranla üzləşibdir.

COVID-19-un Amerikada yayılmağa başladığı zamandan bəri minlərlə şirkət və zavod bağlanıbdır.

Proqnoz edilir ki, Amerikada işsizlik göstəricisi minimum on altı faizə çatacaq. Bu miqdarda işsizlik, ikinci dünya müharibəsindən sonrakı geniş durğunluq dövründən bəri ən yüksək göstəricidir.

Amerika həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə getməkdə davam edir.

Teqlər