AB ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalarını pisləyib
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi dünən gecə bir bəyanatda Amerikanın Beynəlxalq Cinayət Məhkəməsinin iki rəsmisini sanksiya etməsini pisləyib.
SəhərAzəri xəbər verir, Cozep Borrel bu bəyanatda Amerikanın Beynəlxalq Cinayət Məhkəməsinin iki rəsmisini sanksiya etməsini qəbuledilməz hərəkət adlandırıb və Vaşinqtonu bu beynəlxalq orqana qarşı mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də çərşənbə günü gecə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin iki rəsmisini sanksiya etməsini kəskin tərzdə tənqid etmiş və bildirmişdi ki; Amerika rejiminin qarşısında təslim olmaq, yalnız bu zorakı rejimin/ şəxsləri və orqanları sanksiya etmək üzrə iştahasını artıracaqdır.
Amerika maliyyə nazirliyi çərşənbə günü bildirdi ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Fatou Bensouda və bu məhkəmənin məhkəmə dairələri üzrə əlaqə və həmkarlıqlar şöbəsinin müdiri Fakiso Moçoçokonun adlarını Amerikanın sanksiyası altında olan şəxslər siyahısına salıbdır.
Amerika prezidenti Donald Tramp iyun ayının əvvəllərində Amerikadan icazə almadan amerikalı hərbçilərin Əfqanıstandakı cinayətləri barədəki beynəlxalq təhqiqatda rol oynamış Beynəlxalq Cinayət Məhkəməsinin rəsmilərindən bir qrupunun sanksiya edilməsi barədə icra fərmanı verdi.
Amerika Beynəlxalq Cinayət Məhkəməsinin Vaşinqtondan icazə almadan təhqiqat aparmasına etiraz edir.