Sen 08, 2020 13:01 Asia/Baku
  • Funt-sterlinqin dəyəri aşağı düşüb

İngiltərə baş nazirinin bir daha Avropa Birliyini hədələməsi funt-sterlinqin dollar qarşısındakı dəyərini aşağı salıb.

SəhərAzəri xəbər verir, Boris Consonun Avropa Birliyinə qarşı yeni təhdidlər irəli sürməsi və London-Brüssel höcətləşməsinin artması ilə bir zamanda funt-sterlinqin dollar qarşısındakı dəyəri bir faiz aşağı düşüb və dünya bazarındakı dünənki alverlər gedişində «bir tam on mində üç min yüz qırx beş» dollara çatıbdır.

Avropa Komissiyasının sədri Ursula von der Leyen dünən İngiltərə hökumətinə xəbərdarlıq edibdir ki, breksit razılaşması qarşısındakı beynəlxalq öhdəliyinə sadiq qalmalı və onu Avropa Birliyi ilə hər cür gələcək siyasi və iqtisadi əlaqənin qurulmasının əsası qərar verməlidir.

Conson bildirib ki, əgər Avropa Birliy ilə ölkəsinin ticarət razılaşması oktyabrın 15-dək yekunlaşmazsa, İngiltərə bir daha, «razılıq olmadan Avropa Birliyindən çıxmağı» planını işə salacaq. Von der Leyenin qeyd olunan sözləri də məhz Consonun bu hədə-qorxusundan sonra söylənibdir.

Digər tərəfdən, İngiltərə hökuməti yeni bir qanun qəbul etdirmək niyyətindədir. Bu qanun breksit razılaşmasının mühüm hissələrini kənara qoyacaq və ehtimal üzrə Avropa Birliyi ilə ticarət müzakirələrini dağılmaya sürükləyəcəkdir.

Çərşənbə günü yayılması gözlənilən bu layihənin bəzi hissələri Şimali İrlandiyanın gömrük məsələləri və hökumət yardımı kimi sahələrdə çıxış razılaşmasının bəzi hissələrinin hüquqi gücünü ləğv edəcəkdir.

Teqlər