Kaliforniyada 2 polis zabiti güllələndi
https://azeri.sahartv.ir/news/dünya-i367202-kaliforniyada_2_polis_zabiti_güllələndi
ABŞ-ın Kaliforniya ştatında atışmada zamanı 2 polis zabiti ağır yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2020 06:29 Asia/Baku
  • Kaliforniyada 2 polis zabiti güllələndi

ABŞ-ın Kaliforniya ştatında atışmada zamanı 2 polis zabiti ağır yaralanıb.

Səhər Azəri bildirir ki, ABŞ-ın Los-Anceles dairəsi şerifinin iki müavini hücum nəticəsində çoxsaylı güllə yarası alıb.

Məlumata görə, bu barədə dairə şerifinin ofisi öz "Twitter" səhifəsində bildirib:

"Şerifimizin iki müavinin Kompton şəhərində (Kaliforniya ştatının Los-Anceles dairəsi) güllələnərək yaralandı və yerli xəstəxanaya çatdırılıb".

Bildirilib ki, hər iki müavinin vəziyyəti ağırdır və əməliyyat olunacaqlar.

Patrul avtomobilinə edilən hücumun iştirakçıları hələ müəyyənləşdirilməyib.