Sen 13, 2020 17:31 Asia/Baku

Fransa polisi bir daha "Sarı Jiletlilər"ə qarşı gücdən istifadə etdi.

Səhər Azəri bildirir ki, dünən Parisdə "Sarı Jiletlilər"in etiraz aksiyası bir daha Fransa polisinin zorakılığı ilə üzləşib. 

Sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən Fransa polisi "Sarı jiletliləri" dağılışmağa məcbur etmək üçün həddən artıq çox gözyaşardıcı qazdan istifadə edib. Belə ki, bir an üçün hər yeri tüstü dumanı bürüyüb. 

Rasha Today telekanalının Tvitter səhifəsində paylaşdığı görüntülərdə Fransa polisinin dinc aksiya iştirakçılarına qarşı nə qədər qəddar davrandığı və həddən artıq güc tətbiq etməsini müşahidə etmək mümkündür.

 

Teqlər