Sen 15, 2020 07:05 Asia/Baku
  • Sanders:

ABŞ-ın Vermont ştatının senatoru Berni Sanders bu ölkədə koronavirusun yayılması fonunda Amerika xalqının vəziyyətinin pisləşməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın "Gənc Reportyorlar Klubu"nun məlumatına görə, Sanders öz Tvitter səhifəsində ABŞ-da iqtisadiyyatın acınacaqlı vəziyyətini şərh edərək, 10 milyon amerikalının aclıq və işsizlik təhlükəsi ilə üz-üzə qaldığını bildirib.

ABŞ-da koronavirusun yayılmasından bəri minlərlə müəssisə və fabrika bağlanıbdır.

ABŞ-da işsizlik səviyyəsinin ən azı 16 faizə çatacağı gözlənilir ki, bu da ikinci dünya müharibəsindən sonra ən pis göstəricidir.

Hazırda ABŞ koronavirusa yoluxma və bu virusdan ölüm hallarına görə, dünyada birincidir.

Digər ölkələrdən daha gec koronavirus üçün testlərə başlayan Amerika hazırda xəstələrin sayının çox olması səbəbindən test dəstləri və tibbi ləvazimatların çatışmazlığı ilə üz-üzədir.

Teqlər