ÜƏP-dən dünyada 30 milyon nəfərin böhranlı durumu haqda xəbərdarlıq
Ümumdünya Ərzaq Proqramı dünyada 30 milyon nəfərin böhranlı vəziyyəti barədə xəbərdarlıq edib.
SəhərAzəri xəbər verir, BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru bildirib ki, hazırkı şəraitdə dünya boyu otuz milyon nəfər güclü aclıq nəticəsində ölümlə üz-üzədir və humanitar yardımlara ehtiyac duyur.
Devid Bisli BMT Təhlükəsizlik Şurasının iclasında qeyd edib ki, bu 30 milyon nəfərin ölümə məruz qalmasının səbəbi, müharibələr, toqquşmalar, iqlim dəyişiklkləri və COVID-19 xəstəliyinin törətdiyi problem və nəticələrdir.
Ümumdünya Ərzaq Proqramının direktoru bu iclasda həmçinin qeyd edib ki, bütün dünyada təqribən 270 milyon insan kəskin tərzdə pis qidalanmadan əziyyət çəkir və mütləq yoxsulluq astanasındadır.
BMT son zamanlar bildirib ki, səud koalisiyasının Yəmənə qarşı savaşı bu ölkə xalqının üçdə bir hissəsinin qida əldə edə bilməməsinə bais olubdur.
BMT-nin baş katibi Antonio Quterreş də sentyabrın beşində Yəməndə, həmçinin Konqo Demokratik Respublikası, Nigeriya və Cənubi Sudan kimi üç Afrika ölkəsində qida təhlükəsizliyinin olmaması və qıtlıq təhlükəsi ilə bağlı xəbərdarlıq etdi.