Okt 06, 2020 09:52 Asia/Baku
  • Əşrəf Qəni:

Ləğman vilayətində törədilən terror aktından sonra hazırda Qətərdə səfərdə olan Əfqanıstan prezidenti Əşrəf Qəni deyib: "Taliban xalqın istəyinə hörmət etməli və atəşkəslə razılaşmalıdır.

SəhərAzəri "Əfqan Səsi" xəbər agentliyinin məlumatına istinadla xəbər verir ki, Əfqanıstan İslam Respublikasının prezident Sarayı bir açıqlamada bildirib ki, hazırda Qətərdə səfərdə olan Məhəmməd Əşrəf Qəni, uşaq və yaşlı insanlarda daxil olmaqla bir neçə əfqanın ölümü və yaralanması ilə nəticələnən Ləğman vilayətinin valisi "Rəhmətullah Yarməl"in olduğu karvana hücumdan xəbər tutduqda dərindən təəssüflənib.

Açıqlamanın davamında deyilir: "Prezident bu terror hücumunu qınayaraq, Talibanın heç vaxt zorakılıq yolu ilə öz hədəflərinə nail ola bilməyəcəyini və sülhün bərqərar edilməsi üçün Əfqanıstan xalqının atəşkəs istəyini qəbul etməli olduğunu vurğulayıb.

Əşrəf Qəni, həmçinin bu hücumlarda ölənlərin ailələrinə başsağlığı verib və onların kədərini bölüşüb.

Teqlər