Qırğızıstan prezidenti barədə təzadlı məlumatlar yayılıb
https://azeri.sahartv.ir/news/dünya-i368136-qırğızıstan_prezidenti_barədə_təzadlı_məlumatlar_yayılıb
Qırğızıstan mediaları bu ölkə prezidentinin itkin düşməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2020 04:34 Asia/Baku
  • Qırğızıstan prezidenti barədə təzadlı məlumatlar yayılıb

Qırğızıstan mediaları bu ölkə prezidentinin itkin düşməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Bu medialar Qırğızıstan parlamentinə yeddinci çağırış seçkilərinin nəticələrinə etirazlar və aksiyalardan sonra prezident Sooronbay Jeenbekovun itkin düşməsindən xəbər veriblər.

Belə bir halda, Qırğızıstan prezident administrasiyasının mətbuat katibi bir məlumatda bildirib ki, Qırğızıstan prezidenti paytaxt Bişkekdə parlamentin məsul şəxsləri ilə görüşlər keçiribdir.

Qırğızıstan prezidentinin itkin düşməsi haqda təzadlı xəbərlər elə bir halda yayılır ki, «Ata məkan» adlı müxalif partiyanın sədr müavini cümə axşamı günü onun impiçment edilməsi prosesinin başlandığını bildirmişdi.

Bazar günü Qırğızıstan parlament seçkilərinin nəticələrinin elan olunması ilə parlamentdə yer əldə edə bilməyən partiyaların tərəfdarları paytaxt küçələrində aksiyalar keçiriblər. Onlar seçkilərin nəticələrinə etiraz və prezident sarayına hücum ediblər.

Belə bir halda, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün bildiribdir ki, təqribən bir həftə bundan öncədən və mübahisəli parlament seçkilərindən sonra bu Mərkəzi Asiya ölkəsini bürümüş siyasi böhrana son qoymaq istiqamətində səy göstərmək məqsədilə öz vəzifəsindən kənara çəkilməyə hazırdır.