Ermənistan 30 il müddətinə Qarabağ bölgəsini işğal edib
Rusiya prezidenti deyib: Qarabağ Ermənistan sərhədi boyu yerləşməyib və beynəlxalq qanunlara əsasən, Azərbaycan Respublikası ərazisinin bir hissəsi hesab olunur və Ermənistan 30 il müddətinə bu bölgəni işğal edibdir.
SəhərAzəri xəbər verir, Rusiya prezidenti Rossiya-24 telekanalı ilə müsahibədə Qarabağ münaqişəsində Ermənistan ordusunu himayə etməməsinin dəlilləri barədə deyib ki, Rusiya Qarabağ savaşında Ermənistan ordusunu himayə etmək barədə bir öhdəlik götürməyibdir.
Rusiya və Azərbaycan Respublikasının baş nazirləri də dünən telefonla iqtisadi, ticari və insani həmkarlıqlar kimi mühüm məsələlər barədə danışıblar. Tərəflər həmçinin müxtəlif sahələrdə iri müştərək layihələrin icrası prosesi ətrafında fikir mübadiləsi aparıblar.
Mişustin Qarabağ münaqişəsi bölgəsində sabitliyin bərqərarı, bu bölgədə hərbi hərəkətlərin dayandırılması və bu münaqişənin siyasi-diplomatik həlli üçün müzakirələr prosesinin bərpasını vurğulayıbdır.