ÜƏP Nobel sülh mükafatının laureatı oldu
Okt 09, 2020 11:33 Asia/Baku
Nobel Komitəsi özünün cari milad ili üçün sülh mükafatını BMT-nin Ümumdünya Ərzaq Proqramına təqdim edib.
SəhərAzəri xəbər verir, Nobel Komitəsi bu seçimin dəlilini Ümumdünya Ərzaq Proqramının müharibə yaşanan bölgələrdə aclıqla mübarizə, həmçinin həmin bölgələrdə sülhün qurulması və şəraitin yaxşılaşmasına yardım üzrə səylər elan edibdir.
Min doqquz yüz altmış üçüncü ildə yaradılmış Ümumdünya Ərzaq Proqramı hər il səksən üç ölkədə səksən altı milyon yeddi yüz min insana yardım göstərir.
İsveçdə yerləşən Nobel Akademiyası həmçinin yazıçı və şairə Luiza Qlük-ü, özünün cari il üçün ədəbiyyat mükafatının laureatı kimi təqdim edibdir.