Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb
https://azeri.sahartv.ir/news/dünya-i368440-japarov_prezidentin_səlahiyyətlərini_öz_üzərinə_götürüb
Qırğızıstanda prezidentin səlahiyyətləri baş nazirə verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2020 00:56 Asia/Baku
  • Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb

Qırğızıstanda prezidentin səlahiyyətləri baş nazirə verilib.

SəhərAzəri TASS-a istinadla xəbər verir, Qırğızıstanın Baş Naziri Sadır Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb.

S.Japarov bildirib: “Prezident Sooronbay Jeenbekov istefa verməsi haqqında ərizə yazıb. Konstitusiyaya görə, Prezidentin səlahiyyətləri Joqorku Keneşin (parlament) sədrinə keçir. Parlamentin sədri Kanat İsayev isə Prezidentin səlahiyyətlərini öz üzərinə götürməkdən imtina edir. O bununla əlaqədar ərizə də yazıb. Beləliklə Baş Nazir kimi Prezidentin səlahiyyətləri də mənə keçib”.

Xatırladırıq ki, dünən Qırğızıstanın Prezidenti Sooronbay Jeenbekov istefa verdiyini elan edib.