Okt 17, 2020 09:22 Asia/Baku
  • Merkel:

Almaniya kansleri Türkiyənin Aralıq dənizinin şərqindəki hərəkətlərini təxribatçı və gərginliyə səbəb olan hərəkət kimi dəyərləndirib.

SəhərAzəri xəbər verir, Röyters-ın məlumatına görə, Almaniya kansleri Angela Merkel deyib: "Türkiyənin Aralıq dənizinin şərqindəki birtərəfli hərəkətləri gərginliyin artmasına səbəb olub.

Almaniya kansleri əlavə edib: "Türkiyə ilə Avropa Birliyinin əlaqələrinin genişləndirilməsi hər iki tərəfin xeyrinədir".

Almaniya, Fransa və Polşanın xarici işlər nazirləri cümə axşamı günü birgə bəyanat yayaraq, Türkiyəni Şərqi Aralıq dənizində istənilən birtərəfli hərəkətdən çəkinməyə çağırıblar.

Rəsmi Ankara bu yaxınlarda Yunanıstanla mübahisəli bölgəyə kəşfiyyat-axtarış gəmisi göndərmək niyyətində olduğunu açıqlayıb.

Afina ilə Ankara arasındakı əlaqələr bir müddətdir ki, Yunanıstanla mübahisəli sularda karbohidrogen ehtiyatlarının kəşfiyyatı və qazma işləri aparmaq üçün Türkiyənin tədqiqat gəmilərinin olması, eləcə də Türkiyədən Yunanıstana miqrant və sığınacaq axtaranların keçməsi ilə əlaqədar gərginləşibdir.

Hər iki ölkə bir-birlərini digərinin hava və dəniz məkanını pozmaqda ittiham edirlər.

Teqlər