Okt 21, 2020 14:31 Asia/Baku
  • Borrel Trampın fəaliyyətini tənqid edib

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi ABŞ prezidentinin fəaliyyətini tənqid edib.

SəhərAzəri xəbər verir, Cozep Borrel bildiribdir ki, Trampın zəifliyi Amerikanın, dünya səviyyəsindəki «rəhbər rolu»nu itirməsinə səbəb olubdur.

Borrel dünən Avropa Birliyinin qərargahında etdiyi virtual bir çıxış zamanı Amerika prezidentini zəif hökumətə malik olan bir siyasətçi adlandırıb.

Borrel Trampın prezidentliyi dövründə Amerikanın yerinin zəifləməsinə toxunub. Vurğulayıb ki, Amerika dünya səviyyəsindəki rəhbər rolunu itiribdir. İlk dəfə deyildir ki, Amerika bir böhran qarşısında bir həll yolu təqdim etməyə qadir deyildir. Amerika bizim üzləşdiyimiz problemlərdən çox uzaq olan zəif bir prezidentə malikdir.

Amerika, prezident seçkiləri ərəfəsindədir və rəy sorğuları Donald Tramp üçün yaxşı vəziyyət proqnoz etmirlər.

Teqlər