Putin: "Böyük güclərin heybəti dövrü başa çatıbdır"
https://azeri.sahartv.ir/news/dünya-i368762-putin_böyük_güclərin_heybəti_dövrü_başa_çatıbdır
Rusiya prezidenti Vaşinqtonun Moskvaya qarşı səyləri barədə xəbərdarlıqla deyibdir ki, böyük güclərin dünya üzərindəki heybəti dövrü başa çatıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2020 04:56 Asia/Baku
  • Putin:

Rusiya prezidenti Vaşinqtonun Moskvaya qarşı səyləri barədə xəbərdarlıqla deyibdir ki, böyük güclərin dünya üzərindəki heybəti dövrü başa çatıbdır.

  SəhərAzəri xəbər verir, Vladimir Putin qeyd edibdir ki, dünya dəyişməkdədir; Amerika kimi bir ölkənin bu məsələdən müstəsna ola bilməsi mümkünsüzdür.

Rusiya prezidenti həmçinin dünyadakı silah rəqabətini tənqid edərək, deyib: Əgər bu rəqabət üçün bir hədd-hüdud təyin edilməzsə, dünyanın gələcəyi olmayacaqdır.

Putin vurğulayıbdır ki, Rusiya özünə qarşı hər cür addımla mübarizə aparacaqdır.

Amerika-Rusiya silah müzakirələri son aylar Vaşinqtonun sabotajı ilə nəticəyə çatmayıbdır. Rusiya başçıları ABŞ-ın «yeni start» müqaviləsinin uzadılması üzrə şərtlərinə qarşı çıxıblar.