ABŞ nümayəndəsi Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanımağa çağırıb
ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri cümə günü bu ölkə hökumətini Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanımağa çağırıb.
SəhərAzəri xəbər verir, Adam Şiff Tvitter səhifəsində yazıb: "Mən rəsmi şəkildə ABŞ hökumətini Artsax Respublikasının müstəqilliyini tanımağa çağırıram.
"ABŞ Azərbaycan Respublikası və Türkiyənin Dağlıq Qarabağ bölgəsinə qarşı müharibə aparması və yüzlərlə hərbçi və mülkinin öldürülməsi və ya didərgin düşməsinə biganə qalmayacaq", - deyə Adam Şiff əlavə edib.
Bu sözlər elə bir halda irəli sürülüb ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov dünən Vaşinqtonda öz amerikalı həmkarı Mayk Pompeo ilə görüşüb və fikir mübadiləsi aparıb.
Digər tərəfdən, Pompeo Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə də ayrıca görüşüb.
Bu görüşlər ABŞ-ın dəvəti ilə və Dağlıq Qarabağ bölgəsində gərginliyi azaltmaq və atəşkəsin bərqərar edilməsi məqsədilə keçirilib.
ABŞ Dövlət Katibi, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin son gərginliklə bağlı ayrı-ayrı görüşləri elə bir halda baş tutub ki, döyüş tərəfləri Rusiyanın vasitəçiliyi ilə Moskvada iki dəfə görüşüb və atəşkəslə bağlı razılığa gəliblər, Lakin davamlı olmayıb və tərəflər bir-birlərini onu pozmaqda günahlandırıblar.