Filippində "Qoni" tayfunu səbəbindən 1 milyon insan təxliyə edilib
https://azeri.sahartv.ir/news/dünya-i369111-filippində_qoni_tayfunu_səbəbindən_1_milyon_insan_təxliyə_edilib
"Qoni" tayfunun yaxınlaşması ilə əlaqədar Filippin rəhbərliyi təxminən 1 milyon insanı təxliyə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2020 11:15 Asia/Baku
  • Filippində

"Qoni" tayfunun yaxınlaşması ilə əlaqədar Filippin rəhbərliyi təxminən 1 milyon insanı təxliyə edib.

SəhərAzəri Trend-ə istinadla xəbər verir ki, bu barədə Filippinin Dövlət Meteoroloji Xidməti məlumat verib. Yerli vaxtla saat 04:50-də tayfun Katanduanes adasının sahillərinə çatıb və hazırda Filippinin ən sıx adası yəni Lusonda baş verib. Küləyin sürəti 225 km/saata çatıb.

Bildirilib ki, "fəlakətli" küləklər və leysan yağışlar yaxın 12 saat ərzində davam edəcək.