Çin məhsulu olan COVID-19 vaksini uğurlu olub
https://azeri.sahartv.ir/news/dünya-i369316-Çin_məhsulu_olan_covid_19_vaksini_uğurlu_olub
Çində istehsal olunmuş koronavirus vaksini uğurlu olubdur.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 08, 2020 04:40 Asia/Baku
  • Çin məhsulu olan COVID-19 vaksini uğurlu olub

Çində istehsal olunmuş koronavirus vaksini uğurlu olubdur.

SəhərAzəri xəbər verir, Çinin «Sinofarm» əczaçılıq şirkətinin sədri Lio Tsinqtsen şənbə günü deyibdir ki, indiyədək bu şirkətin düzəltdiyi koronavirus vaksini ilə peyvənd olunmuş və xaricə səfər etmiş şəxslərdən heç biri COVID-19-a yoluxmayıbdır.

Lio Tsinqtsen sonra deyib: İndiyədək yüz min nəfər bu şirkətin vaksini ilə peyvənd edilib. Onlardan 56 min nəfər xaricə səfər edib, lakin onların heç biri koronavirus tutmayıbdır.

Çinin şərqində yerləşən Şanxay şəhərindəki vaksin mütəxəssisi Tao Linna da proqnoz edibdir ki, mövcud göstəricilərə əsasən, sinofarm vaksininin tezliklə bazara çıxarılması ehtimal olunur.