Avropa rəsmilərinin Baydenin qələbəsinə reaksiyaları
Demokratların ABŞ prezident seçkilərinə namizədi Co Baydenin qələbəsi xəbərinin elan edilməsi Avropa rəsmilərinin reaksiyaları ilə müşayiət olunubdur.
SəhərAzəri xəbər verir, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Co Baydenin 2020-ci il Amerika prezident seçkilərindəki qələbəsini Avropa və Amerika üçün yaxşı bir gün adlandırıb.
Belə bir halda, Avropa Birliyinin ən böyük transmilli partiyası olan Avropa Xalq Partiyasının sədri Donald Tusk Amerika prezidenti Donald Trampın 2020-ci il Amerika prezident seçkilərindəki məğlubiyyətini populizmin və sağ radikal təfəkkürlərin meydan sulamalarının sonu adlandırıb.
Avropa Şurasının sədri Şarl Mişel də bir bəyanatda demokrat partiyasının ABŞ prezident seçkilərinə namizədi Co Baydenin qələbəsini təbrik edib və transatlantik əməkdaşlıqların genişlənməsi üçün hazırlıq elan edibdir.
Mişel öz tvitter səhifəsində yaydığı mesajda qeyd edibdir ki, koronavirus böhranı, çoxvektorluluq, iqlim dəyişiklikləri və beynəlxalq ticarət Avropanın Amerika ilə həmkarlıq etmək istədiyi bəzi sahələr və problemlərdəndir.
Co Baydenin Amerika prezident seçkilərindəki qələbəsini təbrik edən Almaniya kansleri Angela Merkel də bir bəyanatda Atlantikanın iki tayının əməkdaşlığını hazırkı böyük problemlərə üstün gəlməyin yeganə yolu adlandırıb.
İngiltərənin baş naziri Boris Conson, Fransanın prezidenti Emmanuel Makron və İsveçin xarici işlər naziri Ristin Linde də Co Baydeni Amerika prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib və öz ölkələrinin Birləşmiş Ştatların yeni hökumətilə həmkarlığa hazır olduqlarını bildiriblər.