Borreldən ABŞ-da hakimiyyətin ötürülməsi münaqişəsinə tənə
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Donald Trampın ABŞ prezident seçkilərndə saxtakarlıq barədəki iddiasına kinayə ilə yanaşaraq, ümidvarlıq edibdir ki, bu ölkədə hakimiyyətin ötürülməsi dincliklə həyata keçiriləcək.
SəhərAzəri xəbər verir, Cozep Borrel çərşənbə günü Avropa Parlamentindəki çıxışında Co Baydenin yeni hökumətilə strateji və transatlantik həmkarlıqları genişləndirməyə hazırlıq elan edərək, deyib: Qarşıda çox uzun hakimiyyət ötürülməsi prosesi durur və bu etapın kələ-kötür olmayacağına ümidvar olmalıyıq.
Belə bir halda, ABŞ prezidenti Donald Tramp bu ölkədəki son prezident seçkilərinin nəticələrini rədd edərək, bildiribdir ki, Baydeni bu ölkənin seçilmiş prezidenti kimi qəbul etməyə hazır deyildir.
Tramp elə bir halda bu tvittləri yaymaq və öz iddialarını təkrar etməklə məşğuldur ki, seçkilərdə səslərin sayılışının təqribən yekun nəticələri göstərir ki, demokratların namizədi Bayden xalq səslərinin və elektral səslərin əksər hissəsini əldə etməklə bu seçkilərdə qalib gəlibdir.
Borrel sonra Trampın prezidentliyi dövründə Avropa Birliyi ilə Amerika arasındakı münasibətlərin mürəkkəbliyinə işarə ilə ümidvarlıq edibdir ki, Baydenin yeni hökumətində iki tərəfin münasibətlərinin gələcəyi iştirak və həmkarlıq əhval-ruhiyyəsi əsasında yenidən tərif edilmiş olacaq.
Cozep Borrel həmçinin Atlantikanın iki tərəfinin əməkdaşlıqlarının iş gündəmində mövcud olan bəzi problemləri, o sıradan beynəlxalq təşkilatların gücləndirilməsi, koronavirus pandemiyası ilə mübarizə, iqlim dəyişikliklərinin qarşısını almaq üzrə addımların sürətləndirilməsini nəzərdən keçirib və onlara işarə edibdir.
Borrel sonda ümid etdiyini bildiribdir ki, geopolitika və xarici siyasət məsələlərində, o sıradan İranın Amerika ilə nüvə anlaşması məsələsində müştərək bir münasibətə nail olunmuş olsun.