Noy 12, 2020 13:37 Asia/Baku
  • ABŞ senatında respublikaçıların yerlərinin sayı artır

Respublikaçıların namizədinin Alyaska ştatındakı qələbəsilə bu partiyanın senatdakı yerlərinin sayı əlliyə çatıbdır.

SəhərAzəri xəbər verir, Respublikaçıların Alyaska ştatındakı namizəd Den Sallivan demokratların himayə etdikləri müstəqil namizəd El Qrassı məğlub edibdir.

Beləliklə respublikaçıların ABŞ senatındakı yerlərinin sayı əlliyə çatıb və demokratların bu məclisdə əksəriyyəti qazanmaq üzrə şansları azalıbdır.

Senat seçkilərinin nəticələri elə bir şəraitdə yayılır ki, Amerika prezidenti Donald Tramp çərşənbə günü də tvittlər yayaraq, seçkilərdə saxtakarlıq məsələsini irəli sürübdür.

Demokratlar gələn il yanvarın beşində senata keçiriləcək ara seçkilərində Corciya ştatındakı iki yeri əldə edə biləcəklərinə ümid edirlər.

Demokratlar üç noyabr seçkilərində Alabama ştatında bir senat yerini itirdilər, amma Arizona və Kolorado ştatlarında iki yeri respublikaçılardan ala bildilər.

Demokratlar yüznəfərlik senatda bütövlükdə 48 yerə malikdirlər.

Əgər demokratlar Corciya ştatında iki yeri əldə edər və demokratlarla respublikaçıların senatdakı yerlərinin sayı bərabərlik edərsə, Amerikanın seçilmiş vitse-prezidenti Kamala Harris senat sədri kimi səsvermələrdə bərabər səsləri sındıra bilər.

ABŞ konqresinin nümayəndələr palatasında da demokratlar əksəriyyətə malikdirlər.

Teqlər