Rusiya heyəti Qarabağ barədə danışmaq üçün Türkiyəyə daxil olub
Bir rus heyət Qarabağ məsələsi barədə danışmaq üçün Türkiyənin paytaxtı Ankaraya daxil olub.
SəhərAzəri xəbər verir, bu iyirmi nəfərlik heyət həmin səfərdə Qarabağda atəşkəsdən sonrakı fəaliyyətlər prosesi barədə Türkiyənin xarici işlər və müdafiə nazirliklərinin rəsmilərilə görüşüb, müzakirələr aparmalıdır.
Bundan öncə Rusiya prezident administrasiyasının sözçüsü Dmitri Peskov Türkiyə prezident administrasiyasının bu ölkə tərəfindən Qarabağda atəşkəslə bağlı nəzarət və monitorinq mərkəzinin yaradılmasına dair bəyanatına reaksiyada demişdi ki, bu bəyanat bizim sülh razılaşmasından olan qənaətimizlə uyuşmur.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da bildirmişdi ki, Qarabağ sülh razılaşmasında Türkiyə qüvvələrinin Qarabağda iştirakına işarə olunmayıbdır.