Dünyada koronavirusla bağlı son vəziyyət
https://azeri.sahartv.ir/news/dünya-i369678-dünyada_koronavirusla_bağlı_son_vəziyyət
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 55 531 335 nəfər koronavirusa(Covid 19) yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2020 15:46 Asia/Baku
  • Dünyada koronavirusla bağlı son vəziyyət

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 55 531 335 nəfər koronavirusa(Covid 19) yoluxub.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatına görə, indiyədək dünyada 55 milyon 531 min 335 nəfər koronavirusa yoluxub. Ayrıca, bu günə qədər 38 milyon 662 min 63 xəstə sağalıb və 1 335 467 nəfər ölüb.

Amerika 11 milyon 545 min 775 nəfər koronavirus xəstəsi və 252 min 792 nəfər COVID-19 qurbanı ilə həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan, Braziliya, Fransa, Rusiya, İspaniya, İngiltərə, Argentina, İtaliya, Kolumbiya, Meksika, Peru, Almanya və İran sırasıyla ikinci on dördüncü sırada yerləşiblər.