Putin: "Qarabağ münaqişəsinin həlli Moskva üçün xüsusi əhəmiyyət daşıyır"
Rusiya prezidenti deyib: "Qarabağ münaqişəsinin həlli daxili təhlükəsizlik baxımından Moskva üçün xüsusi əhəmiyyət daşıyır"
SəhərAzəri xəbər verir, Rusiya prezidenti Vladimir Putin cümə günü ölkəsinin münaqişəli Qarabağ bölgəsində Azərbaycan Respublikası və Ermənistan arasında sülhü qorumaq üçün missiyası barədə virtual formatda keçirilən iclasda bu münaqişənin həll olunması vacibliyini vurğulayıb.
Putin Qarabağ münaqişəsinin tam tənzimlənməsi üçün çalışmağın zərurəti barədə deyib: "Rusiyada milyonlarla erməni və azərbaycanlı yaşayır; Buna görə də bu cür münaqişələr və onların həlli Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir".
Moskva vaxtı ilə noyabrın 10-u səhər saatlarında Azərbaycan Respublikası prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının prezidenti arasında Qarabağda atəşkəsin tam bərqərar edilməsi və bütün düşmənçiliklərə son qoyulması barədə razılıq əldə edilib və onun icrasına başlanılıb.